İrəvanda Lavrovun təyyarəsinin endiyi hava limanında bomba həyəcanı - VİDEO

17:10 - 08 İyun 2022

İrəvanda Lavrovun təyyarəsinin endiyi hava limanında bomba həyəcanı - VİDEO

Ermənistanın Fövqəladə Hallar Nazirliyinə paytaxt İrəvanın “Zvarnots” hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda hadisə yerinə nazirliyin müvafiq bölmələrinin əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi bir qədər əvvəl “Zvarnots” hava limanına enib. Erməni teleqram kanallarında yayılan videolardan görünür ki, Lavrovun korteji artıq hava limanının ərazisini tərk edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az