Kaliforniyada hərbi tiltrotor qəzaya uğradı: Nüvə materialı daşıdığı iddia edilir - VİDEO

11:27 - 09 İyun 2022

Kaliforniyada hərbi tiltrotor qəzaya uğradı: Nüvə materialı daşıdığı iddia edilir - VİDEO

ABŞ-ın Kaliforniya ştatında hərbi tiltrotor “V-22 Osprey” qəzaya uğrayıb, beş nəfər həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun nümayəndəsi məlumat yayıb.

Onun göyərtəsində nüvə materialının olması iddiası isə təkzib edilib:

“Mən təsdiq edə bilərəm ki, “V-22 Osprey” Kaliforniya ştatının Qlamis şəhərində qəzaya uğrayıb. Təyyarədə heç bir nüvə materialı olmayıb”.

Bununla o, bir sıra kütləvi informasiya vasitələrinin təyyarə və helikopterin funksiyalarını birləşdirən tiltrotorun nüvə materialları daşıması ilə bağlı xəbərlərini təkzib edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az