ABŞ-nin Kaliforniya ştatında yaşayan bir qadın internetdən tapdığı pulsuz işlənmiş kresloda gizlədilmiş 36 min dollar tapıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Viki Umado bildirib ki, internet saytından pulsuz verilən kreslonu alaraq evə gətirib.
O, kreslonu təmizləyərkən, yastığın içərisindəki zərflərdə 36 min dollar pul gizlədildiyini görüb.
Umado pulu geri qaytarmaq üçün kreslonu aldığı ailə ilə dərhal əlaqə saxlayıb, ailə bunun qarşılığında ona 2200 dollar mükafat verib.