Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar haqqında fərman imzalayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənədə əsasən, Putinə qarşı sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilir.
Bura daxildir:
aktivlərin və əmlakın bloklanması;
kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması;
ərazi sularına və hava məkanına girişin qadağan edilməsi;
qiymətli kağızlarla əməliyyatların qadağan edilməsi;
vizaların verilməsindən imtina;
Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi və s.