Zelenski Putinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

19:45 - 09 İyun 2022

Zelenski Putinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar haqqında fərman imzalayıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənədə əsasən, Putinə qarşı sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilir.

Bura daxildir: 

aktivlərin və əmlakın bloklanması;

kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması;

ərazi sularına və hava məkanına girişin qadağan edilməsi;

qiymətli kağızlarla əməliyyatların qadağan edilməsi;

vizaların verilməsindən imtina;

Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi və s.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az