Bolqarıstan millisi Tbilisidə ağır qəzaya düşdü: Futbolçu əməliyyat olundu

14:41 - 11 İyun 2022

Bolqarıstan millisi Tbilisidə ağır qəzaya düşdü: Futbolçu əməliyyat olundu

Bolqarıstan millisi Gürcüstanın paytaxtı Tbilisidə qəzaya düşüb.

 

Manset.az xəbər verir ki, onlar Millətlər Liqasının oyununda yerli yığma ilə oynamaq üçün Gürcüstana çatanda qəza baş verib.

Bolqarıstan milli komandasını daşıyan iki avtobusdan birinin sürücüsü hotelə gedərkən idarəetməni itirib və digər avtobusla toqquşub. Nəticədə ağır qəza baş verib.

Qəzada ən çox “Botev”in yarımmüdafiəçisi Todor Nedelev xəsarət alıb - o, kəllə-beyin travması alıb, sınıq şüşə parçaları onun başına xəsarət yetirib.

Futbolçu uğurla əməliyyat olunub.

Qeyd edək ki, sabah, iyunun 12-də Gürcüstan və Bolqarıstan yığmaları qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az