Volqa çayında katerlə barja toqquşub, hadisə nəticəsində ölənlər var.
Manset.az xəbər verir ki, hadisə Çuvaş Respublikasının Morqauşski rayonunda Volqa çayının 1147-ci kilometrliyində baş verib.
Göyərtəsində dörd nəfərin olduğu “Voyacer” kateri gips daşıyan “Kolomenski” yük gəmisinə çırpılıb. Katerdəki sərnişinlərin hamısı həlak olub, yük gəmisinin ekipaj üzvləri arasında isə zərərçəkənlər yoxdur.