Avstraliyaya təcili olaraq “110 min miqrant işçi” lazımdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstraliya bu il xaricdən 110 min ixtisaslı işçi qəbul etməyi planlaşdırır, çünki Kovid-19 pandemiyasında sərhədlərin bağlanması səbəbindən işçilərə ehtiyac artıb.
Avstraliyanın immiqrasiya qadağasını qaldırması ilə bağlı müzakirələr davam edir, çünki ciddi işçi çatışmazlığı var və bu da bəzi müəssisələri iş saatlarını və xidmətləri məhdudlaşdırmağa məcbur edir.
2017-ci ildən bəri illik təxminən 160 min daimi mühacir kvotasını dolduran ölkə, Kovid-19 epidemiyası səbəbiylə 2020-ci ildən bu ilin əvvəlinə qədər sərhədləri sıx bağladığından, ölkəyə mühacir axınında ciddi azalma müşahidə edilib.
Avstraliya Statistika Bürosu (ABS) iyunun 8-də ölkə üzrə təxminən 420 min vakansiya olduğu barədə məlumat paylaşıb.
ABS-dən Bjorn Jarvis bildirib ki, mədənçıxarma sektoru, maliyyə və sığorta xidmətləri daxil olmaqla bütün sektorlarda işçi çatışmazlığı var.
Bu problemlərə görə ölkə bu il 110 min ixtisaslı işçi qəbul etməyi planlarına daxil edib.
2014-cü ildən indiyədək 195 min nəfərin müvəqqəti ixtisaslı işçi vizası olduğu halda, hazırda ölkədə bu rəqəm cəmi 96 min nəfərdir.
Aprel ayında Avstraliyanı tərk edən ixtisaslı işçilərin sayının ölkəyə gələnlərdən daha çox olduğu bildirilib.