Lənətlənmiş məzarda ŞOK yazılar - Onu açmağa çalışanlara dəhşətli XƏBƏRDARLIQ (Fotolar)

16:58 - 13 İyun 2022

Lənətlənmiş məzarda ŞOK yazılar - Onu açmağa çalışanlara dəhşətli XƏBƏRDARLIQ (Fotolar)

İsrailin Beyt Şearim şəhərindəki qədim nekropolda yeni mağara aşkar edilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin YUNESKO-nun irs siyahısına daxil edilmiş Beyt Şearimdə yeni aşkar edilmiş mağaradakı məzar arxeologiya dünyasını heyrətə salıb. 

1800 illik məzarın bir yəhudiyə aid olduğu güman edilir. 

Məzarın üzərindəki qan-qırmızı yazıda məzar sahibinin hədələri yer alıb. 

Mütəxəssislər bu xəbərdarlığın o dövrdə adi hal olan “qəbrin təkrar istifadə üçün açılması” praktikasının qarşısını almaq üçün yazıldığını bildiriblər.

Bu tapıntı YUNESKO-nun Ümumdünya İrs Siyahısında son 65 ildə aşkar edilmiş ilk yazıdır. 

Qəbir və kitabənin son Roma və ya erkən Bizans dövrünə aid olduğu güman edilir.

Məzarın üzərindəki yazılara görə lənətləndiyi güman edilir: 

"60 yaşlı Yaakov Ha'Ger bu məzarı açan hər kəsi lənətləyəcəyinə and içir və heç kim ondan qaça bilməz".

Arxeoloqlar yüz illər əvvəl dünyasını dəyişən bu şəxsin arzusuna hörmətlə yanaşıblar. 

Hələlik qəbri açmaq fikrində deyillər.

Qazıntıların olmamasına baxmayaraq, tapıntı arxeologiya dünyasında böyük səs-küyə səbəb olub.

Mağara bir il əvvəl İsrail Təbiət və Parklar İdarəsinin ekoloqu Yonatan Orlin tərəfindən təsadüfən kəşf edilib.

Lanetli mezar dünyayı şaşırttı! Açmaya kalkanlara korkunç bir uyarısı var

Lanetli mezar dünyayı şaşırttı! Açmaya kalkanlara korkunç bir uyarısı var

Lanetli mezar dünyayı şaşırttı! Açmaya kalkanlara korkunç bir uyarısı var


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az