Gürcüstan Prezidenti xalqı mitinqə səslədi

08:54 - 15 İyun 2022

Gürcüstan Prezidenti xalqı mitinqə səslədi

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə respublikanın Avropa kursu üçün mitinq keçirir.


Manset.az xəbər verir ki, Salome Zurabişvili vətəndaşları iyunun 16-da Tbilisidə Avropaya inteqrasiya siyasəti kursuna dəstək aksiyası üçün Avropa meydanına çıxmağa çağırıb.

“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək. Əhali, cəmiyyət, mən, siyasi partiyaların nümayəndələri, hakimiyyət - hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”, - deyə Zurabişvili qeyd edib.

Zurabişvili bildirib ki, mitinq yerli vaxtla saat 17:00-a planlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az