Dünyanın ən varlı ölkələrindən olan İsveçrə 85 min işçi axtarır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveçrə ixtisaslı kadr tapmaqda çətinlik çəkir.
Bu səbəbdən müxtəlif ölkələrdən 85 min işçi işə götürüləcək.
Turizm və otel idarəçiliyi, texniki işçilər, kompüter mütəxəssisi və mühəndislər kimi müxtəlif vəzifələrə, xüsusilə səhiyyə sektorunda işə qəbulun aparılacağı açıqlanıb.
Həkim çatışmazlığı ilə bağlı problemlər yaşayan İsveçrə, yaşlılara qulluq və xəstəxanalarda işləmək üçün tibb bacılarını da işə götürəcək.
Səlahiyyətlilər Rusiya və Ukrayna müharibəsindən qaçıb bura sığınanların bu boşluğu doldura bilməyəcəklərini bildirir.
Axtarılan işçi sayı ilin sonunda 365 min nəfərə qədər arta bilər.
İsveçrənin minimum əmək haqqı saatda 23 İsveçrə frankına, aylıq əmək haqqı isə 4000 İsveçrə frankına yüksəlib.
Burada çalışmaq istəyənlər İsveçrə üçün işçi axtaran “DynaJobs” və ya “Adecco” kimi məşğulluq agentliklərinə müraciət edə bilər.
Dəvət almaq üçün isə aşağıdakılar lazımdır:
Müəyyən səviyyədə dil biliyi.
İsveçrədə dövlət yardımı və sosial yardım olmadan yaşaya biləcəyinizi sübut etməlisiniz.
Qeydiyyata düşmək üçün ev tapmaq.