Zelenski bu dəvətləri qəbul etdi

08:10 - 16 İyun 2022

Zelenski bu dəvətləri qəbul etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada keçiriləcək “G7” sammitində və NATO-nun İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitində iştirak etmək üçün dəvətləri qəbul etdiyini bildirib.

Manset.az xəbər verir ki, bu barədə Şərqi Avropa ölkəsinin başçısı tviterdə yazıb.

“Almaniyada keçiriləcək “G7” sammitində kansler Olaf Şoltsun, NATO-nun Madriddə keçiriləcək sammitində NATO-nun Baş katibi Yens Stoltenberqin əsas beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvətini minnətdarlıqla qəbul etdim”, - siyasətçi yazıb.

Ukrayna Prezidentinin hər iki tədbirdə şəxsən və ya videokonfrans vasitəsilə iştirak edəcəyi məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az