Leysan Tbilisidə on minlərlə sakini susuz qoydu - VİDEO

08:59 - 16 İyun 2022

Leysan Tbilisidə on minlərlə sakini susuz qoydu - VİDEO

Tbilisi yaxınlığındakı Saquramo kəndində leysan nəticəsində yaranan daşqınlar su təchizatı sisteminə ziyan vurub, sakinlərə suyun verilməsi dayandırılıb. Yaşayış binalarını da su basıb, əkin sahələrinə ziyan dəyib və yerli magistral yolda nəqliyyatın hərəkəti bağlanıb.

 

Manset.az xəbər verir ki, yerli hakimiyyət orqanları dəymiş ziyanın ümumi məbləğini hesablamağa başlayıb.

Dolu ilə müşayiət olunan güclü yağışlar həmçinin Saquramonun əsas su anbarında daşqına səbəb olub. Bu səbəbdən təkcə kənd deyil, Tbilisinin bir hissəsi də susuz qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az