Rusiyalı deputat Aleksey Juravlyov edama məhkum edilən iki ingilis əsgəri ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Dövlət Kanalı "Rossiya 1"də canlı çıxış edən Juravlyov Aiden Aslin və Şaun Pinnerin Britaniya silahları və ingilis güllələri ilə öldürüləcəyini açıqlayıb:
"Mən DXR-in beynəlxalq öhdəliklərini yerinə yetirməsini bəyənirəm. Mənə dedilər ki, əsgərləri öldürən güllələr pul müqabilində ailələrinə, yaxınlarına göndəriləcək. Ödənişlər funt-sterlinqlə deyil, rublla həyata keçiriləcək”.
Rusiyalı deputatın sözləri studiyada qısa şok yaradandan sonra verilişin aparıcısı Yevgeni Popov Juravlyovun zarafat etdiyini deyib.
Lakin deputat qətiyyətlə cavab verib:
"Niyə zarafat etməliyəm. Zarafat yoxdur. Mən onların etdiklərini öz gözlərimlə gördüm. Ona görə də onlara rəhm etmirəm. Biz danışıqsız onları məhv etməliyik".