İranda F-14 qırıcısı qəzaya uğradı - VİDEO

16:17 - 18 İyun 2022

İranda F-14 qırıcısı qəzaya uğradı - VİDEO

İran Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcı təyyarəsi İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot və köməkçisi hadisədən yaralanıblar.

 

Manset.az xəbər verir ki, bu barədə ordunun İsfahandakı ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rəsul Motəmədi bəyan edib.

Onun sözlərinə görə, səhər saatlarında baş verən qəzaya səbəb mühərrikdəki texniki nasazlıq olub. Pilot və köməkçisi vaxtında katapult edə biliblər, ancaq eniş zamanı yaralanıblar. Zərərçəkənlər hazırda “Əl-Zəhra” xəstəxanasına yerləşdiriliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az