Trabzonun dünyaca məşhur turizm mərkəzi olan Çaykara rayonundakı Uzungöldə yağış buludlarının keçmə anı yerli və xarici turistlərin böyük marağına səbəb olub.
Manset.az-ın məlumatına görə, Uzungöl üzərində buludların rəqsi bölgədəki turistlərin böyük marağına səbəb olub.Yağışdan sonra Uzungöl üzərində yaranan göy qurşağı bənzərsiz görüntülərin yaranmasına səbəb olub.
Bölgədəki turistlər həmin anları mobil telefonları ilə lentə alıblar.