Yutub Rusiyanın məşhur kanalını blokladı

23:23 - 19 İyun 2022

Yutub Rusiyanın məşhur kanalını blokladı

Yutub platforması Rusiya televiziyası üçün media-kontent istehsal edən “Qırmızı Meydan” şirkətinin kanalını bloklayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunur ki, "Qırmızı Meydan" televiziya və musiqi məzmunu istehsal edən holdinqdir. Şirkət televiziya proqramları, seriallar, sənədli və bədii filmlər yaradır, həmçinin konsert fəaliyyəti ilə məşğul olur.

"Qırmızı Meydan”ın ən məşhur layihələri: “Şöhrət dəqiqəsi”, “Kim milyonçu olmaq istəyir?”, “Sınaq alış-verişi”, “Gəl, evlənək” verilişləri, eləcə də "Məktəb", "Səslər", "Qarajlar" və "Qaçış" seriallarıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az