Rusiyanın Ukraynada itkiləri AÇIQLANDI

11:12 - 20 İyun 2022

Rusiyanın Ukraynada itkiləri AÇIQLANDI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 33 800 hərbçisi zərərsizləşdirilib.

Həmçinin Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1477 tank, 3 588 zirehli maşın, 749 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 181helikopter, 601 operativ-taktiki PUA, 130 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika, 2527 avtomobilni məhv edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az