Rusiya Qara dənizdəki “Boyko qüllələri”ni söndürə bilmir: Yanğın quyulara çatdı

14:33 - 21 İyun 2022

Rusiya Qara dənizdəki “Boyko qüllələri”ni söndürə bilmir: Yanğın quyulara çatdı

Rusiyalılar ukraynalı müdafiəçilərin raketlərlə vurduqları “Boyko qüllələri” adlanan, “Çernomornefteqaz”ın qazma platformalarında baş verən yanğının öhdəsindən gələ bilmirlər. Artıq yanğın quyulara da çatıb.

 

Manset.az xəbər verir ki, hadisə yerində olan rusiyalı jurnalist Olqa Kovitidinin məlumatına görə, hazırda yanğının söndürülməsi davam edir, gəmi hadisə yerinə yaxınlaşmağa çalışıb, lakin bacarmayıb.

Onun sözlərinə görə, platformalarda olan insanların axtarışı ilə bağlı işlər heç bir nəticə verməyib. Hadisə yerində hərbçilər də çalışırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az