İngiltərədə dəmiryol və metro işçiləri son 30 ilin ən böyük tətilini keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, işdən çıxarılmaların qarşısını almaq, iş və təqaüd şərtlərini yaxşılaşdırmaq istəyən Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Milli İttifaqı (RMT), bu il yüzdə 11-ə çatması gözlənilən inflyasiya ilə artan yaşayış xərclərini kompensasiya etmək üçün maaşlarda ən azı 7 faiz artım tələb edib.
İşəgötürənlər isə maksimum 3% təklif ediblər.
Təklifi qəbul etməyən ittifaq dünən aparılan nəticəsiz danışıqlara görə hökuməti günahlandırıb.
İngiltərə, Şotlandiya və Uelsdə dəmiryol işçiləri işəgötürənlə danışıqların nəticəsiz qalması səbəbindən son 30 ilin ən böyük tətilinə başlayıblar.
Üç gün davam etməsi planlaşdırılan tətildə 40 mindən çox işçi iştirak edəcək.