Rus oliqarx ukraynalıların QƏHRƏMANI OLDU

15:42 - 21 İyun 2022

Rus oliqarx ukraynalıların QƏHRƏMANI OLDU

Ukraynalı deputat və Kiyevdən olan baş müzakirəçi David Araxamia rusiyalı oliqarx və “Çelsi” Futbol Klubunun keçmiş sahibi Roman Abramoviç haqqında əvvəllər heç kimin bilmədiyi faktı açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Araxamia Rusiyanın Ukraynaya təcavüzü zamanı başlatdığı danışıqlarda iştirak edən Abramoviçin Mariupol və digər mühasirədə olan şəhərlərdə humanitar dəhliz yaradaraq Ukrayna vətəndaşlarının həyatını xilas etdiyini bildirib:

“Sövdələşmələrin çoxu onun vasitəsilə həyata keçirilib. Mariupol, Berdyansk, Zaporijyadakı humanitar dəhlizlərin açılmasında birbaşa iştirak etdi, lakin Kiyevin şimalındakı Buça, Makarov və Çerniqov rayonlarından gələn dəhlizlərə kömək edə bilmədi”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az