Ukraynaya silah göndərilməsi qərarı İtaliyada böhrana səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xarici işlər naziri Luisi Di Mayo hökumətin silah yardımına qarşı çıxan “5 Ulduz Hərəkatı” partiyasını tərk edib.
İtaliya mətbuatının yazdığına görə, Di Mayo hərəkatı tərk edən bəzi deputat və senatorlarla birlikdə parlamentdə yeni qrup yaradacaq.
İlk mərhələdə “Gələcək üçün birlikdə” adlı qrupa 5 Ulduz Hərəkatından 50-yə yaxın deputatın cəlb olunacağı gözlənilir.
O, verdiyi açıqlamada keçmiş partiyasını məsuliyyətsiz davranmaqda və azalan xalq dəstəyini artırmaq üçün hökumətin sabitliyinə xələl gətirməkdə günahlandırıb.
Rusiyanın Ukraynanı işğalı davam edərkən Avropanın birlik içində hərəkət etməli olduğunu ifadə edən Di Mayo, "Tarixin yanlış tərəfində dayana bilmərik, azad dünyanın yanında olmalıyıq. Müharibə media şousu deyil" deyib.