İyunun 21-i Moskvada Rusiya və Türkiyə Müdafiə Nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Hərbi heyətlər görüş zamanı Ukrayna limanlarında qalan Türkiyənin ticarət gəmilərinin və taxılın ixracı məsələsini müzakirə ediblər.
Heyətlər, həmçinin məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlib.