1200 yaşlı məscid aşkar edildi - FOTO

04:26 - 24 İyun 2022

1200 yaşlı məscid aşkar edildi - FOTO

İsrailin Neqev səhrasındakı Rahat şəhərində qazıntı işləri zamanı yaşı 1200-dən çox olan kənd məscidi aşkar edilib.

Manset.az xəbər verir ki, bu barədə İsrailin Qədim Tarix İdarəsi məlumat yayıb.

VII-VIII əsrlərdə tikildiyi ehtimal olunan məscid kvadrat şəkilli 1 otaqdan və mehrabdan ibarətdir. Burada eyni anda onadək şəxsin ibadət etməsi mümkün olub.

İsrailli arxeoloqlar bildirirlər ki, bura yaxın ərazidə 2019-cu ildə qazıntı zamanı da başqa bir kənd məscidi aşkara çıxmışdı. Bunlar islam dünyasının ən qədim məscidləri arasında yer alır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az