"Mariupol epidemioloji fəlakətin astanasındadır" - Vadim Boyçenko

08:45 - 24 İyun 2022

\"Mariupol epidemioloji fəlakətin astanasındadır\" - Vadim Boyçenko

Ukraynanın Mariupol şəhərində 22 min insan müharibənin qurbanı olub.

Manset.az-ın xəbərinə görə, bu barədə şəhərin meri Vadim Boyçenko məlumat verib. O, dağıntıların həcmini nəzərə alaraq real rəqəmin daha yüksək ola biləcəyini diqqətə çatdırıb. Boyçenko Mariupolun infrastrukturunun 90%-nin məhv olduğunu vurğulayıb. O, hazırda şəhərdə 100 mindən çox sakinin susuz və işıqsız qaldığını bildirib. Merin sözlərinə görə, Mariupol epidemioloji fəlakət astanasındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az