“Heç bir ölkə bu əməliyyatda iştiraka hazır olduğunu deməyib” - Kuleba

09:46 - 24 İyun 2022

“Heç bir ölkə bu əməliyyatda iştiraka hazır olduğunu deməyib” - Kuleba

“Hələ ki heç bir ölkə Qara dənizdə Ukrayna taxılı yüklü gəmilərin müşayiət olunması üçün öz hərbi gəmilərini göndərməyə hazır olduğunu bildirməyib”.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, dəniz limanlarının işləməsi üçün digər ölkələrin hərbi gəmilərinin patrul xidməti həyata keçirməsi zəruridir: “Hələ ki heç bir ölkə bu əməliyyatda iştirak etmək üçün öz hərbi gəmilərini göndərməyə hazır olduğunu bəyan etməyib”.

Kuleba qeyd edib ki, Ukrayna üçün bu ölkənin kənd təsərrüfatı məhsullarını daşıyan gəmilərin təhlükəsizliyi çox vacibdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az