Ukrayna qüvvələri bu bölgədən geri çəkilməyə hazırlaşır

11:09 - 24 İyun 2022

Ukrayna qüvvələri bu bölgədən geri çəkilməyə hazırlaşır

Ukrayna qüvvələri Severodonetskdən geri çəkiləcək.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Ukrayna silahlı qüvvələri Severodonetskdən geri çəkilməli olacaq. Onlar bununla bağlı əmr alıb”, – Luqansk vilayətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, aylardır amansız şəkildə atəşə tutulan mövqelərdə qalmağın mənası yoxdur: “Bütün vacib infrastruktur məhv edilib. Şəhərin 90 faizi dağılıb. Xəyanət şayiələrini yaymayın. Heç kim bizim qoşunlarımızın mühasirəyə alınmasına imkan vermir. İndi vəziyyət elədir ki, sırf orada olmaq xatirinə bu dağıdılmış mövqelərdə qalmağın mənası yoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az