ŞOK! Belarus ordusu ruslarla birgə hücuma HAZIRLAŞIR

10:18 - 26 İyun 2022

ŞOK! Belarus ordusu ruslarla birgə hücuma HAZIRLAŞIR

Belarus ordusu Rusiyanın köməyi olmadan Ukraynada irəliləyə bilməyəcək. Ona görə Kreml batalyon taktiki qruplarının üçdə birini ehtiyatda saxlayır.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Hazırda Belarus ordusunda Ukrayna sərhədləri yaxınlığında rotasiya əsasında yerləşdirilən cəmi yeddi batalyon var”, - idarənin məlumatında bildirilib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskinin sözlərinə görə, hazırda Rusiya Federasiyasının xüsusi təyinatlı qüvvələrinin ayrı-ayrı bölmələri Belarusun xüsusi əməliyyat qüvvələrinin bölmələri ilə birlikdə Ukrayna ərazisində əməliyyatların hazırlanması ilə bağlı birgə təlimlər keçirir. Təlim bütün sərhəd xətti boyunca davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az