Ermənistanın Rusiya ilə quru əlaqəsi tamamilə kəsildi - FOTO

13:34 - 27 İyun 2022

Ermənistanın Rusiya ilə quru əlaqəsi tamamilə kəsildi - FOTO

Gürcüstan leysan yağışları səbəbilə Rusiya Federasiyası ilə sərhədi müvəqqəti bağlayır.  

 

Manset.az xəbər verir ki,bu barədə respublikanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Yuxarı Lars ərazisində bu gün Terek çayında yaranan selə görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol bağlanıb.

“Güclü yağışlar nəticəsində Terek çayı məcrasından çıxıb və Gürcüstanla Rusiya arasındakı avtomobil yolunu dağıdıb”, - deyə Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib.

Mtsxeta-Stepantsminda-Lars yolunun 136-cı kilometrliyindəki hissəsi zədələnib.

Qeyd edək ki, həmin yol Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru maqistraldır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az