ÜST-dən meymunçiçəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ

08:48 - 29 İyun 2022

ÜST-dən meymunçiçəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ

Meymunçiçəyi virusuna yoluxma hallarında artım müşahidə olunub. Cari ilin əvvəlindən dünyada meymunçiçəyi virusuna yoluxanların sayı 3 min 413 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir. 

Bildirilib ki, laboratoriya tərəfindən təsdiqlənmiş halların 86 faizi Avropada, 11 faizi Amerika, 2 faizi Afrika, 1 faizi Şərqi Aralıq dənizi və digər 1 faizi Asiya-Sakit okean regionlarında qeydə alınıb.

Xatırladaq ki, iyunun 23-də Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsi meymunçiçəyi virusunun yayılması məsələsini müzakirə edib. Komitənin tövsiyəsi əsasında ÜST meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az