ABŞ-da meymunçiçəyinə qarşı peyvənd paylanacaq

10:47 - 29 İyun 2022

ABŞ-da meymunçiçəyinə qarşı peyvənd paylanacaq

ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkədə meymunçiçəyi xəstəliyinin yayılmasına cavab olaraq on minlərlə doza peyvəndi paylamağa başlamağı planlaşdırır.

 

Manset.az xəbər verir ki, peyvəndin dozaları ən çox təsdiqlənmiş halların olduğu ştatlar arasında paylanacaq.

Plana görə, Havay, Massaçusets, Yuta, İllinoys, Nyu-York, Rod Aylənd, Kaliforniya, Kolorado, Florida və Vaşinqton ştatları peyvəndi alan ilk ştatlar arasında olacaq.

Meymunçiçəyinin qarşısını almaq üçün federal tənzimləyicilər tərəfindən xüsusi olaraq təsdiqlənmiş yeganə peyvənd olan “Jynneos”un 25 000-30 000 dozasını ayırmaq plana daxildir.

Rəsmi məlumatlara görə, indiyədək ABŞ-da meymunçiçəyinə 306 yoluxma hadisəsi qeydə alınıb. Lakin ekspertlər daha çox real halların olduğuna inanırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az