İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Rusiyadan ilk açıqlama gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva Finlandiya və İsveçin NATO-ya üzvlük planlarına mənfi yanaşır.
Ryabkov onu da əlavə edib ki, NATO-nun genişlənməsi “sabitliyi pozur” və NATO üzvlərinin təhlükəsizliyinə töhfə vermir.