Putini qəzəbləndirən sözlər - "qısaboy sindromu olan dəli"

11:54 - 30 İyun 2022

Putini qəzəbləndirən sözlər - \"qısaboy sindromu olan dəli\"

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya prezidenti Vladimir Putin haqqında fikir bildirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uolles Putini “qısaboylu bir dəli” adlandırıb. 

Rusiyanın hər həftə dünyanı nüvə silahı ilə təhdid etdiyini vurğulayan Uolles “O, qısaboy sindromu olan dəlidir. Burada əsl çətinlik odur ki, Rusiya sistemində nədənsə belə bir fikir var ki, bəzi dövlətlər digərlərindən daha az hüquqlara malikdir və onların hüquqları sayılmır. Özlərini yeni bir tarixə yerləşdirmək istəyirlərsə, bunun yolunun zorakılıq və işğaldan keçdiyini düşünürlər. Və düşünürəm ki, bu, narahat olmaq üçün əsasdır” deyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az