Rusiya Ukraynanın işğalının ilk günlərində zəbt etdiyi İlan adasından çəkildiyini elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bunun “xoşməramlı” addım olduğunu bəyan edib.
Bəyanatda qeyd olunub ki, Rusiya bu addımı ilə Ukraynada taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz açılması səylərinə mane olmağa çalışmadığını göstərib.