Odessaya raket zərbəsi endirildi - 17 ölü (Yeniləndi)

09:37 - 01 İyul 2022

Odessaya raket zərbəsi endirildi - 17 ölü (Yeniləndi)

Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket hücumu həyata keçirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk teleqram kanalında bildirib.

“Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar – sonra”, - o qeyd edib.

Hadisə “Pivden” əməliyyat komandanlığından jurnalistlərə də təsdiqlənib.

Sosial şəbəkələrdə yerli sakinlər raket zərbəsinin çoxmərtəbəli yaşayış binasını dağıtdığını, dağıntılar altında insanların qaldığını yazıb. İstirahət mərkəzinə də ziyan dəydiyi, bir çox binaların pəncərə şüşələrinin uçduğu bildirilir.

***

Raket hücumları nəticəsində Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsində 17 nəfər həlak olub. Daha 30 nəfərin isə yaralandığı bildirilir.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az