Ukraynada qandonduran cinayət hadisəsi baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, vəkil olaraq fəaliyyət göstərən Petr Bequn əvvəlcə 39 yaşlı Olha Davidenkonu boğaraq öldürüb, sonra onun cəsədini parçalara ayırıb və bəzi hissələrini atıb.
Qatil bir neçə gün ərzində qadının digər parçalarını zibilliklərə atıb və bəzən velosipedi ilə evdən “şübhəli bağlamalar” çıxararkən görüntülənib.
O, polisin keçirdiyi basqından sonra həbs edilib.