Ukraynanın Pxenyanla diplomatik əlaqələri kəsməsi ilə başlayan gərginlik davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü, Ukraynanın dövlətlərarası münasibətlərdə qərəzsizliyə və ədalətə zidd hərəkətlər etdiyini əsas gətirərək, “Kiyevin Pxenyanın suverenliyin qanuni şəkildə həyata keçirilməsi ilə bağlı qərarını şübhə altına almağa haqqı yoxdur” deyib.
Sözçü qeyd edib ki, Kiyevin mövqeyi ABŞ-nin Şimali Koreyaya qarşı “irrasional, qeyri-qanuni və düşmənçilik” siyasətinə uyğundur.