Rusiya Dneprə raket zərbəsi endirdi - 3 nəfər öldü, 15 nəfər yaralandı

09:00 - 16 İyul 2022

Rusiya Dneprə raket zərbəsi endirdi - 3 nəfər öldü, 15 nəfər yaralandı

Rusiya hərbçilərinin Ukraynanın Dnepr şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Manset.az-ın xəbərinə görə, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko teleqram kanalında məlumat verib.

O, qeyd edib ki, raketlər sənaye müəssisəsinə və onun yanındakı küçəyə düşüb. Rezniçenko Rusiyanın bu hücumu ilə bağlı göstəricilərin ilkin məlumat olduğunu qeyd edib.

Vilayət hərbi administrasiyasının sədri bildirib ki, dağıntının miqyası dəqiqləşdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az