ABŞ ukraynalı pilotların təliminə 100 milyon ayırır

13:50 - 16 İyul 2022

ABŞ ukraynalı pilotların təliminə 100 milyon ayırır

ABŞ Konqresinin Nümayəndələr Palatası ukraynalı pilotlara “F-15” və “F-16” qırıcılarının idarə edilməsi ilə bağlı təlim keçilməsi üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Defense News” yayıb. 

Qeyd olunur ki, müvafiq təklif növbəti maliyyə ili üçün müdafiə büdcəsinə dəyişikliklər kimi qəbul edilib.

Qanun layihəsinin müəllifi isə Respublikaçılar Partiyasının nümayəndəsi Adam Kinzinger olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az