Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələdi

11:33 - 17 İyul 2022

Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələdi

Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələyib.

Bu barədə Manset.az Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Araqatsotn vilayətində, Aştarakar rayonunda yerli vaxtla saat 21:50 radələrində qeydə alınıb. Qumbara ilə silahlanmış şəxs “Siran” supermarketinə daxil olaraq, oranı partlatmaqla hədələyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, ərazi əhatəyə alınıb, polis şöbəsinin rəhbərliyi həmin şəxslə danışıqlara başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az