Britaniya Rusiya ilə müharibəyə hazırdır - Uiqston

14:45 - 17 İyul 2022

Britaniya Rusiya ilə müharibəyə hazırdır - Uiqston

Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən böyük təhdiddir. İngiltərə London və ya digər NATO üzvləri üçün təhlükə yaranacağı təqdirdə, Moskva ilə müharibəyə hazırdır.

 

Manset.az xəbər verir ki, bunu Böyk Britaniya Kral Hərbi Hava Qüvvələrinin komandanı Mayk Uiqston deyib.

“Rusiya getdikcə aqressivləşir və Britaniya buna hazır olmalıdır, çünki Ukraynadakı müharibə bütün Avropa üçün mühüm dərs oldu. Şübhəsiz ki, Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Onun təkcə Ukraynadakı hərəkətlərinə baxmaq lazımdır. Mən şübhə etmirəm ki, biz məhz bu aydın və ani təhlükəyə hazır olmaq üçün məşq edirik”, - Uinqston bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az