Almaniyadan Moldovaya 40 milyon avro dəstək qərarı

18:05 - 17 İyul 2022

Almaniyadan Moldovaya 40 milyon avro dəstək qərarı

Almaniya Rusiya-Ukrayna müharibəsi səbəbiylə ölkəsində 70 mindən çox ukraynalı qaçqını qəbul edən Moldovaya büdcə dəstəyi qərarını açıqlayıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Almaniyanın xarici işlər naziri Annalena Baerbok açıqlama verib.

Nazir Baerbok çıxışında Almaniya Xarici İşlər və İnkişaf Nazirliyinin Moldovaya bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün 40 milyon avro dəstək verəcəyini bildirərək, dəstək qərarının Almaniya Parlamentinin Büdcə Komitəsi tərəfindən təsdiqlənməsi lazım olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az