Türkiyədə meşə yanğınları səngimək bilmir.
Manset.az xəbər verir ki, hazırda ölkənin İzmir, Balıkesir və Aydın bölgələrində meşə sahələri yanır.
Əsasən, şam ağaclarının yerləşdiyi dağlıq ərazilərdə baş verən hadislərin səbəbləri hələ ki məlum deyil.
Yanğının söndürülməsinə təyyarələr, helikopterlər və digər texnika cəlb olunub.