Türkiyə Prezident Administrasiyası Ərdoğanın İrana səfəri ilə bağlı məlumat yaydı

22:13 - 17 İyul 2022

Türkiyə Prezident Administrasiyası Ərdoğanın İrana səfəri ilə bağlı məlumat yaydı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 iyul tarixlərində İranda rəsmi səfərdə olacaq.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Səfərdə məqsəd Türkiyə-İran əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir. Tehranda keçiriləcək görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü də nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az