Çində daşqın - 12 nəfər öldü, 12 nəfər itkin düşdü

22:35 - 17 İyul 2022

Çində daşqın - 12 nəfər öldü, 12 nəfər itkin düşdü

Çinin şimal-qərb və cənub-qərbində daşqınlar baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində azı 6 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.

Qansu əyalətinin Lonnan şəhərində isə güclü yağışlar nəticəsində 6 nəfər həyatını itirib.

Ərazidən 3 minə yaxın insanın təxliyə edildiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az