Putin Rüstəm Muradovu Ukraynada komandir təyin edib.
Manset.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsi üzrə Rusiya sülhməramlılarının ilk komandanı Rüstəm Muradov Ukraynadakı Rusiya qüvvələrinin “Vostok” qrupunun komandiri təyin edilib.
Xatırladaq ki, Rüstəm Muradov 2018-ci ildən Cənub Hərbi Dairəsinin komandanının müavini, 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək isə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə komandanlıq edib.
Konkret.az