Ukrayna Xersonda silah anbarını vurdu - VİDEO

11:52 - 18 İyul 2022

Ukrayna Xersonda silah anbarını vurdu - VİDEO

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Novaya Kaxovka şəhərində Rusiya ordusuna məxsus silah-sursat anbarını vurub.

 

Manset.az “Qafqazinfo”ya xəbər verir ki, səhər saatlarından şəhərdə partlayış səsləri eşidilir.

Ukraynanın yerli teleqram kanallarında silah-sursat anbarının partladığını əks etdirən videogörüntülər paylaşılıb. Anbarın “HIMARS” sistemi ilə vurulduğu iddia olunur. 

Xatırladaq ki, Ukrayna ordusu ötən həftə də Novaya Kaxovkada Rusiyanın silah anbarını vurmuşdu. 

Qeyd edək ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az