“Ukrayna üçün qiyamət qopacaq, bu tez və sərt olacaq” – Medvedyevdən ŞOK AÇIQLAMA

12:26 - 18 İyul 2022

“Ukrayna üçün qiyamət qopacaq, bu tez və sərt olacaq” – Medvedyevdən ŞOK AÇIQLAMA

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna-Rusiya müharibəsi və Rusiyanın Qərblə münasibətləri ilə bağlı mühüm açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Medvedev Ukraynanın Krıma hücum edəcəyi təqdirdə cavab verəcəklərini bildirib:

“Zaman-zaman müxtəlif izahatlarla ortaya çıxan bəzi vəsf edilən qanlı klounlar bizi təhdid etməyə çalışırlar. Mən Krıma hücumdan danışıram. Belə bir şey baş verərsə, Ukrayna üçün qiyamət qopacaq. Bu, çox tez və sərt olacaq və bunu gizlətmək mümkün olmayacaq. Yenə də bu cür bəyanatlarla ümumi vəziyyəti qızışdırmaqda davam edirlər. ABŞ və bəzi Avropa ölkələrinin məqsədi Rusiyanın inkişafına maksimum mane olmaqdır. Bir çox cəhətdən onlar bizə və qabiliyyətlərimizə həsəd aparırlar. Biz dünyanı olduğu kimi qəbul etməliyik. Ölkəmiz bütün dövlətləri razı sala bilməz. Razı salmağa çalışan dövlətlər öz suverenliyini ya tamamilə, ya da qismən itirirlər. Sonra başqalarının peyk halına çevrilirsən. Çox uzun müddətdir ki, ölkəmiz özünü təmin edir və heç kimin peyki deyil”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az