Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika səfəri təxirə düşüb.
Manset.az “CNN Türk”ə istinadən xəbər verir ki, Ərdoğan Meksika və Venesuelaya təyin edilmiş tarixdə getməyəcək. Səfərin hansı səbəbdən təxirə düşdüyü açıqlanmır.
Qeyd edək ki, daha əvvəl Ərdoğanın bu yaxınlarda Cənubi Amerikaya səfər edəcəyinə dair məlumat verilmişdi.