Ərdoğan və Putinin sabahkı görüşü: NƏLƏRİ MÜZAKİRƏ EDƏCƏKLƏRİ AÇIQLANDI

17:52 - 18 İyul 2022

Ərdoğan və Putinin sabahkı görüşü: NƏLƏRİ MÜZAKİRƏ EDƏCƏKLƏRİ AÇIQLANDI

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin sabahkı görüşünün gündəliyi açıqlanıb.

 

Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, liderlər Ukrayna taxılının ixracı məsələsini müzakirə edəcəklər.

Qeyd edilib ki,  Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə nüvə sazişi ətrafında fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, sabah İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli və ikitərəfli görüşləri keçiriləcək.

Görüşdən sonra birgə bəyanatın qəbul olunması gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az